Məzmuna keç

Türkiyədə 108 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Muğla şəhərində 108 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Jandarma Komandanlığı qrupları qanunsuz miqrasiyanın qarşısının alınması və miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində Muğlanın Bodrum, Marmaris, Dalaman və Datça rayonlarının meşə sahələrində və sahilyanı ərazilərdə əməliyyat keçirib.

Bu zaman qeyri-qanuni yollarla xaricə getməyə hazırlaşdıqları müəyyən edilən 108 qanunsuz miqrant tutulub.

Onlar Muğla Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə