Türkiyənin Aydın şəhərində iki ailə arasında baş verən dava nəticəsində 11 nəfər xəsarət alıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Aydının Buharkent rayonunda baş verib. Belə ki, mübahisə zamanı tərəflər bir-birinə dəyənək və kəsici alətlərlə hücum edib.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
