Məzmuna keç

Ayvalık sahillərində 81 qanunsuz miqrant xilas edilib

Türkiyənin Balıkesir şəhərində qanunsuz miqrantlar xilas edilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, qeyri-qanuni yollarla Midilli adasına getmək istəyən və dənizdə köməksiz vəziyyətdə qalan 45 qanunsuz miqrant Sahil Mühafizəsinin əməkdaşlarının köməkliyi ilə xilas edilib.

Komandanlığın keçirdiyi digər bir əməliyyat zamanı isə Ayvalık sahillərində Yunanıstan tərəfindən geri qaytarılan və içərisində qadın və uşaqların da olduğu 36 qanunsuz miqrant xilas edilib.

Miqrantlara qida, içki, dərman və tibbi ləvazimat verilib. Daha sonra onlar Balıkesir Köç İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə