Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib.
E-huquq.az DHA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, teraltı təkanlar yerli vaxtla saat 10:42-də Gemlik körfəzində qeydə alınıb.
Yeraltı təkanlar ölkənin İstanbul, İzmir və Bursa şəhərlərində hiss olunub.
Dağıntı və tələfat bardə məlumat verilməyib.
Şəbnəm Mehdizadə
