Türkiyənin Manisa şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Manisanın Turqutlu rayonunda fabrik işçilərini daşıyan xidməti mikroavtobus qarşısındakı yük maşınına çırpılıb. Nəticədə 12 nəfər yaralanıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım, xilasetmə, polis və jandarma qrupları cəlb olunub.
Avtomobildə sıxışmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılıb.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra Turqutlu Dövlət Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Bir müddət sonra magistral yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
