Məzmuna keç

Antalyada 3 mərtəbəli bina uçub

Türkiyənin Antalya şəhərində 3 mərtəbəli bina uçub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Antalyanın Alanya rayonunda baş verib.

Əraziyə dərhal jandarma, AFAD əməkdaşları və xilasetmə qrupları cəlb edilib. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Alanya valisi Fatih Ürkmezer binanın iki mərtəbəsinin yaşayış yeri kimi istifadə edildiyini və çökmə zamanı boş olduğunu bildirib.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə