Pakistanın Pəncab əyalətinin Lahor şəhərində 90 nəfərin böyrəyini satan dəstə üzvləri tutulub.
E-huquq.az xəbər verir ki, bu barədə Lahor polis rəisinin müavini Səddar Sidra Xan məlumat verib.
O, kəndlərdə yaşayan yoxsulları işlə təmin edəcəklərini vəd edərək aldadaraq böyrəklərini satan 3 dəstə üzvünün tutulduğunu açıqlayıb.
Xan dəstə üzvlərinin əvvəlcə işləmək vədi ilə kəndliləri İslamabada gətirdiyini söyləyib. O, İslamabadda kəndlilərin məcburi tibbi müayinə adı ilə böyrəklərinin əməliyyatla çıxarıldığını qeyd edib.
Dəstə üzvlərinin kəndlilərin böyrəyini 2,5-5 milyon rupiyə varlı insanlara satdığını bildirən Xan, qurbanların iqtisadi cəhətdən imkansız şəxslər olduğuna diqqət çəkib.
O, indiyə qədər 90 nəfərin böyrəyinin satıldığını müəyyən etdiklərini və əməliyyatı edən həkimlərin axtarışda olduğunu söyləyib.
Qeyd edək ki, Lahorda 328 nəfərin böyrəyini satan dəstə üzvləri oktyabrın 3-də tutulub.
Şəbnəm Mehdizadə
