Türkiyənin paytaxtı Ankarada FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 4 nəfər müəyyən edilib
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı 2009-cu ildə keçirilən mühasib köməkçiliyinə qəbul imtanının suallarının qanunsuz yolla əldə edilib terror təşkilatı üzvlərinə paylanılması məlum olub.
Araşdırma zaman qanunsuz yolla həmin imtahanlardan keçdiyi müəyyən edilən 4 nəfər şübhəli şəxs barəsində həbs qərarı çıxarılıb.
Həmin şəxslərin tutulması istiqamətində əməliyyatlar davam etdirilir.
Şəbnəm Mehdizadə
