Məzmuna keç

ABŞ-də universitetə silahlı hücum zamanı 3 nəfər ölüb

ABŞ-ın Nevada ştatında yerləşən Las Veqas Universitetinə silahlı hücum olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə universitetin kampusunda olub. Hücum nəticəsində 3 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

ABŞ polisi universitetdəkilərdən təhlükəsiz ərazilərə sığınmalarını istəyib.

Hücum edən şəxsin zərərsizləşdirildiyi açıqlanıb. Onun kimliyi hələlik məlum deyil.

Hadisə ilə bağlı istintaq davam edir.

Şəbnəm Mehdizadə