- 8 May 20:08
Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda yaşayış binasında yanğın olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 5 mərtəbəli binanın damında baş verən yanğın qısa müddətdə bütün dam örtüyünü əhatə edib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmasa da, binanın dam örtüyü yararsız hala düşüb.
Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə