Ağır yol qəzasında bir ailənin 3 üzvü öldü


  • 8 Dekabr 2023 16:58

Türkiyənin Yozqat şəhərində ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin 3 üzvü həlak olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Saray kəndi yaxınlığında avtomobilin dərəyə aşması nəticəsində bir ailənin 3 üzvü həyatını itirib, 3 nəfər isə ağır yaralanıb.

Avtomobildə sıxışmış vəziyyətdə qalan yaralılar xilasetmə qrupları tərəfindən çıxarılaraq ətrafdakı xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər