Türkiyədə PKK-ya məxsus 2 sığınacaq məhv edilib


  • 8 Dekabr 2023 17:05

Türkiyənin Kahramanmaraş şəhərində PKK terror təşkilatına qarşı keçirilən əməliyat zamanı terrorçulara məxsus sığınacaqlar məhv edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat Jandarma Komandanlığının açıqlamasında yer alır.

Məlumata görə, əməliyyat zamanı Çağlayancerit mahalının Alikahya və Elbistan mahalının Atmalıkaşanlı bölgələrində iki sığınacağın ünvanı təsbit edilib.

Sığınacaqlarda terrorçulara məxsus zəruri ləvazimatlar və deformasiyaya uğramış şəkil albomu aşkar edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər