- 8 May 20:08
ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Amerika paytaxtında görüşdə Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin qarşısının alınması və Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində səyləri müzakirə edib.
E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller adından yayımlanan yazılı açıqlamada deyilir.
ABŞ və Türkiyənin xarici siyasət rəhbərləri Yaxın Şərq regionunun digər bölgələrində Fələstin-İsrail münaqişəsinin genişlənməsinin qarşısının alınması, qalan girovların azad edilməsi və humanitar yardımın göstərilməsi zərurətini diqqət mərkəzində saxlanılmasının vacibliyini bildiriblər.