- 8 May 20:08
Nigeriyanın Niger əyalətində keçirilən hava əməliyyatında 18 silahlı dəstə üzvü zərərsizləşdirilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) sözçüsü Edvard Qabkvet məlumat verib.
O bildirib ki, əyalətin Şiroro bölgəsində silahlı dəstə üzvlərinə qarşı “Hadarin Daji” adlı hava əməliyyatı keçirilib.
Əməliyyatlar zamanı silahlı dəstə üzvlərinin sığınacaqlarının məhv edildiyini bildirən Qabkvet bu şəxslərə məxsus silah-sursatların ələ keçirildiyini urğulayıb.
Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də terror qruplaşmalarının hücumları ilə üzləşir.
Şəbnəm Mehdizadə