- 8 May 20:08
Nigeriyanın Kaduna əyalətində baş verən ağır yol qəzasında 16 nəfər ölüb, 27 nəfər yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Milli Yol Təhlükəsizliyinin əyalət üzrə direktoru Kabir Nadabo məlumat verib.
O bildirib ki, yük maşınının sürücüsü Kaduna-Abuja magistral yolunda idarəetməni itirərək nəqliyyat vasitəsini ətrafdakı insanların üzərinə sürüb.
Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirən Nadabo, ölənlərin sayının artacağını istisna etməyib.
Şəbnəm Mehdizadə