- 8 May 20:08
Türkiyədə ağır yol qəzasında 5 nəfər həlak olub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Tokat-Sivas yolunda mikroavtobusun eyni istiqamətdə hərəkət edən yük maşınına arxadan çırpılması nəticəsində mikroavtobusda olan 5 nəfər ölüb.
Əraziyə dərhal çoxlu sayda təcili tibbi yardım, xilasetmə, jandarma və polis əməkdaşları cəlb edilib.
Bələdiyyənin xilasetmə qrupları tərəfindən mikroavtobusda sıxışmış vəziyyətdə qalan 5 nəfər nəqliyyat vasitəsindən çıxarılıb.
Yoxlamalar zamanı onların öldüyü müəyyən edilib. Ölənlərin kimliyi bəlli deyil.
Hadisə ilə bağlı yük maşınının sürücüsü saxlanılıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə