Türkiyədən Yunanıstana qaçmağa cəhd edən FETÖ terror təşkilatının üzvləri saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ədirnə Valiliyi məlumat yayıb.
Məlumata görə, Jandarma Komandanlığı tərəfindən son bir həftə ərzində aparılan əməliyyatlar çərçivəsində Ədirnədən Yunanıstana qaçmağa cəhd edən 3 FETÖ üzvü yaxalanıb.
Saxlanılan şəxslərlə bağlı istintaq davam etdirilir.
Şəbnəm Mehdizadə
