Türkiyənin Kocaeli şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, Kocaelinin İzmit rayonunda hərəkətdə olan avtomobil əvvəlcə yolun kənarındakı baryerə, daha sonra isə elektrik dirəyinə çırpılıb.
Nəticədə nəqliyyat vasitəsinin sürücüsü və avtomobildə olan 4 azyaşlı sərnişin xəsarət alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları göndərilib. Yaralılar Kocaeli Şəhər Xəstəxanasına və Kocaeli Universiteti Xəstəxanasına aparılıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
