Məzmuna keç

İzmirdə 122 qanunsuz miqrant xilas edilib

Türkiyənin İzmir şəhərində 122 qanunsuz miqrant xilas edilib, 53 mqirant isə saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirin Karaburun rayonu sahillərində xilasedici sallarda bir qrup qanunsuz miqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizəsi Komandanlığın qayığı göndərilib.

Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan və 4 xilasedici salda olan 87 qeyri-qanuni miqrant xilas edilib. Bundan başqa, Menderes sahillərində rezin qayıqda olan 35 qanunsuz miqrant xilas edilərək sahilə çıxarılıb.

Dikili rayonunda isə Sahil Təhlükəsizlik Mobil Radarı (MORAD-10) tərəfindən təsbit edilən rezin qayıqdakı 53 miqrant saxlanılıb.

Şəbnəm Mehdizadə