İndoneziyada koronavirusa yoluxma hallarının artması fonunda bəzi beynəlxalq hava limanlarında sərnişinlərin temperaturunun ölçülməsinə başlanılıb.
E-huquq.az “The Straits Times” qəzetinə stinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi Sinqapur, Malayziya, Filippin və İndoneziyada COVID-19-a yoluxma hallarının artdığı barədə xəbərdarlıq edib.
Məlumatda epidemiyanın yayılmasının qarşısını almaq üçün bəzi tədbirlərin görüldüyü bildirilib.
Rəsmilər xəstəlik əlamətləri aşkarlanan şəxslərə karantin tədbirlərinin tətbiq olunacağını bildirib.
Nazirlik, həmçinin əhaliyə ikinci doza peyvəndlərin vurulması, maska taxmaq, əlləri yumaq və yoluxan şəxslərin evdə qalması barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə
