Məzmuna keç

Türkiyədə ağır yol qəzasında 8 nəfər xəsarət alıb

Türkiyənin Manisa şəhərində iki avtomobilin toqquşması nəticəsində 8 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, toqquşmanın təsirindən avtomobillərdən biri yoldan çıxaraq dərəyə aşıb.

Hadisə yerinə jandarma, təcili tibbi yardım və xilasetmə qrupları cəlb edilib.

Yaralılar Selendi Dövlət Xəstəxanasına aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Şəbnəm Mehdizadə