Məzmuna keç

Qırğızıstanda hava şəraiti ilə əlaqədar əyani tədris dayandırıldı

Qırğızıstanda soyuq hava şəraiti ilə əlaqədar bütün təhsil müəssisələrində əyani tədris dayandırlıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qırğızıstanın Təhsil və Elm Nazirliyinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, ölkədə müşahidə edilən soyuq hava şəraiti ilə əlaqədar bu gündən etibarən gələn həftəyə qədər tədris prosesi onlayn qaydada davam etdiriləcək.

Ölkənin Fövqəladə Hallar Nazirliyinə bağlı Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bəzi yerlərdə havanın temperaturunun mənfi 35-dən aşağı düşəcəyi gözlənilir.

Paytaxt Bişkekdə yağan güclü qardan sonra bələdiyyə əməkdaşları qar təmizləmə və yollara duz tökmə işlərini davam etdirir.

Şəbnəm Mehdizadə