Türkiyənin Niğde şəhərində fabrikdə kimyəvi maddədən zəhərlənən zəhərlənən 2 fəhlə ölüb.
E-huquq.az "TRT Haber”ə istinadən xəbər verir ki, iş prosesində istifadə etdikləri kimyəvi maddələrin reaksiyası nəticəsində buraxılan qazdan 5 nəfər zəhərlənib. Onlardan 2-si ölüb.
Zərəçəkmiş şəxslər təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Niğde Valisi Cahit Çelik ölən fəhlələrin ailələrinə başsağlığı verərək hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
Şəbnəm Mehdizadə
