Türkiyənin Kahramanmaraş şəhərində təcili yardım maşını ilə avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Kahramanmaraşın Afşin rayonunda baş verib. Qəza yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Yaralılar şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.
Şəbnəm Mehdizadə
