Türkiyənin İstanbul şəhərində PKK-ya qarşı keçirilən əməliyyat zamanı 8 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq zamanı terror təşkilatının tərkibində fəaliyyət göstərən 8 şübhəli müəyyən edilib.
Prokurorluğun təlimatı ilə hərəkətə keçən polis keçirilən əməliyyat zamanı 8 şübhəlini yaxalayıb.
Digər 5 şübhəlinin axtarışları davam etdirilir.
Şəbnəm Mehdizadə
