Türkiyənin Dənizli şəhərinin Acıpayam rayonunda xrom mədəni çöküb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal jandarma, təcili tibbi yardım, xilasetmə və AFAD əməkdaşları cəlb edilib.
Uçqun nəticəsində 3 nəfər dağıntılar altında qalıb. Axtarış-xilasetmə əməliyyatı zamanı iki nəfərin cəsədi tapılıb. İşçilərdən bir nəfər xilas edilərək Pamukkale Universiteti Xəstəxanasına çatdırılıb.
Ədliyyə Naziri Yılmaz Tunç sosial şəbəkə hesabında etdiyi paylaşımda hadisə ilə bağlı istintaq aparıldığını bildirib.
Dənizli valisi Ömer Frauk Coşkun qəzada ölənlərin yaxınlarına baş sağlığı verib: "Ölənlərə Allahdan rəhmət, yaralı işçimizə isə şəfa diləyirəm. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yalnız məsələni araşdırdıqdan sonra detallı məlumat verə bilərik".
Şəbnəm Mehdizadə
