Məzmuna keç

Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 9 nəfər saxlanılıb

Türkiyədə İŞİD terror təşkilatına qarşı qarşı əməliyyatda 9 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, araşdırmalar zamanı terror təşkilatına maliyyə dəstəyi göstərən 2 şirkət və 9 şübhəli şəxs müəyyən edilib.

Şübhəlilərin tutulması üçün Mersin və Qaziantepdə şəhərlərində əməliyyat keçirilib.

Eyni vaxtda təşkil edilən əməliyyat zamanı 9 şübhəli tutulub. Həmçinin 604 min 445 lirə və çoxlu sayda material və sənəd ələ keçirilib.

Şəbnəm Mehdizadə