Türkiyənin Şanlıurfa şəhərində şagirdlər arasında kütləvi zəhərlənmə olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Atatürk ibtidai məktəbində Yerli Məhsullar Həftəsi çərçivəsində keçirilən tədbirdə bəzi şagirdlər yemək yedikdən sonra ürək bulanmasından şikayət ediblər.
9 ibtidai sinif şagirdi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya Siverek Dövlət Xəstəxanasına yerləşdirilib.
Müalicə olunan tələbələrin vəziyyətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə
