Məzmuna keç

Keniyada leysan yağışlar nəticəsində 170 nəfər ölüb

Keniyada leysan yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı 170-ə yüksəlib.

E-huquq.az xəbə verir ki, bu barədə Keniya Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 600 min Keniyalı evlərini tərk etmək məcburiyyətində qaldığı qeyd edilib.

Leysan yağışlar kənd təsərrüfatı sahələrinə, yol və körpülərə ciddi zərər vurub.

Keniya Meteorologiya İdarəsindən leysan yağışların davam edəcəyi bildirilib.

Daşqın riski olan bölgələrdə yaşayanların təxliyə edilməsinə çağırış edilib.

Qeyd edək ki, Keniya hökuməti daşqın qurbanları üçün 15 milyon dollar büdcə ayırıb və ölkədə “fövqəladə vəziyyət” elan edilib. Keniya ilə yanaşı Efiopiya, Somali və Tanzaniya da daşqınlardan əziyyət çəkən ölkələr sırasındadır. Noyabrın ortalarında başlayan daşqınlar nəticəsində Efiopiyada 57, Tanzaniyada isə 68 nəfər ölüb.

Şəbnəm Mehdizadə