Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şimali kiprli həmkarı Ersin Tatar arasında görüş olub.
E-huquq.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
İstanbuldakı Dolmabahçe Ofisində baş tutmuş görüş mətbuata qapalı keçirilib.
Agentliyin məlumatına görə, görüşdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Şimali Kiprin Baş naziri Ünal Üstel də olub.
