Məzmuna keç

Hərbi ekspert: “Ukrayna 2024-cü ildə uğurlu əks-hücum keçirə bilər”

"Ukrayna indidən hazırlığa başlasa, gələn il daha bir böyük əks-hücuma başlaya bilər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu fikri hərbi ekspert Mixail Pritula deyib.

"Yəqin ki, biz 2024-cü il üçün əks-hücum əməliyyatını daha yaxşı hazırlaya biləcəyik. Nəticədə kəmiyyət göstəricilərini keyfiyyət göstəricilərinə çevirə biləcəyik. Bu vaxta qədər Ukrayna müttəfiqlərimizin bizə vəd etdiyi bütün silah və texnikanı almış olacak. Həmçinin indi çoxlu sayda hərbçilərimiz təlim keçir və xarici texnologiyaları intensiv öyrənirlər”, – Pritula bildirib.

O qeyd edib ki, Rusiyanın cəbhədəki hazırkı fəaliyyəti Ukrayna Silahlı Qüvvələrinin gələcək uğurlarına təsir edəcək.

"Ruslar texnika və şəxsi heyəti də itirməkdə davam edəcək. Yaxın 6 ay ərzində Rusiya Federasiyası xeyli texnika və insan itirəcək. Buna görə də onların problemləri artacaq. Ona görə də Rusiya zəifləyəcək. Bizim vaxtımız var ki, hücum əməliyyatları üçün resurslarımızı gücləndirək. İndi proqnozlaşdırmaq çətindir, lakin bizim 2024-cü ildə uğurlu əks-hücuma hazırlaşmaq üçün mütləq vaxtımız var”, – deyə Pritula qeyd edib.

Şəbnəm Mehdizadə