Avstraliyanın Kvinslend ştatında yağan güclü yağış daşqınlara səbəb olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ştatın paytaxtı Brisbanın şimalında yerləşən və təxminən 170 min insanın yaşadığı bir turizm mərkəzi olan Cairns şəhərində güclü yağışlar bəzi nöqtələrdə daşqınlara səbəb olub.
Bir çox evləri su basıb, yollar bağlanıb. Bölgəyə elektrik enerjisinin verilməsi dayandırılıb. Şəhərdə içməli su qıtlığı yaranıb. Ərazidən minlərlə insan təxliyə edilib.
Bölgədən çəkilən görüntülərdə Cairns hava limanında batmış təyyarələr, şəhərin ortasında üzən timsah və qayıqlarla evlərini tərk edən insanlar görünür.
Hələlik ölən və ya yaralananlar barədə məlumat verilmir.
Güclü yağışların qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.
(4).jpg)
Şəbnəm Mehdizadə
