Türkiyənin Mersin və Qaziantep şəhərlərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Jandarma Komandanlığı məlumat yayıb.
Məlumata görə, terror təşkilatına maliyyə yardımı etməkdə şübəli bilinən şəxslərə qarşı dekabrın 15-də keçirilən əməliyyat zamanı 9 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən 7-si həbs edilib, 2-si isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Şəbnəm Mehdizadə
