Məzmuna keç

Argentinada güclü qasırğa nəticəsində 13 nəfər ölüb

Argentinanın Bahia Blanca liman şəhərində güclü qasırğa nəticəsində 13 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

E-huquq.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Bahia Blanca Bələdiyyə sədri Federico Susbielles məlumat verib.

Susbielles ölənlərin ailələrinə baş sağlığı verib. O, həmçinin şəhərdə 72 saatlıq matəm elan edildiyini bildirib.

Bölgədəki vəziyyətin kritik olaraq davam etdiyini vurğulayan Susbielles şəhər sakinlərini evdə qalmağa çağırıb.

Rəsmilər bölgədə küləyin saatda 140 kilometr sürətlə əsdiyini və ən azı 300 nəfərin təxliyə edildiyini bildirib.

Şəbnəm Mehdizadə