İranın Tehran, İsfahan, Əlburz və Ərdəbil şəhərlərində havanın çirklənməsi səbəbindən ibtidai və orta məktəblərdə tədris onlayn rejimdə aparılacaq.
E-huquq.az "Mehr" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran valisinin müavini Mir Məhəmməd Qərəvi məlumat verib.
O bildirib ki, bu barədə Tehran Havanın Çirklənməsi Fövqəladə Komitəsi qərar qəbul edib.
İran rəsmisi bəzi dövlət qurumlarında ürək-damar və tənəffüs xəstəlikləri olan işçilərin də evdən işləyə biləcəyini söyləyib.
Bildirilib ki, Tehranda hava keyfiyyəti indeksi təxminən 178 mikroqram/kubmetr olub, İsfahan, Əlburz və Ərdəbil şəhərlərində isə vəziyyət qənaətbəxş deyil.
Şəbnəm Mehdizadə
