Cənubi Koreyada miqrantların sayı ötən illə müqayisədə 10 faiz artaraq 1 milyon 480 min nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Cənubi Koreya Statistika Agentliyi məlumat yayıb.
Məlumata görə, 2022-ci ildə 1,35 milyon olaraq qeyd edilən 15 və daha yuxarı yaşda olan miqrantların sayı bu ilin eyni dövründə 10 faiz artaraq 1,48 milyona çatıb.
Hesabatda miqrantların təxminən 51 mininin sonradan Cənubi Koreya vətəndaşı olduğu, 1,43 milyon əcnəbi miqrantdan 472 mininin Cənubi Koreya əsilli Çin vətəndaşı, 201 min nəfərinin isə Vyetnam vətəndaşı olduğu qeyd edilib.
Hesabatda əcnəbilərin 64,5 faizinin işlə təmin olunduğu bildirilib.
Şəbnəm Mehdizadə
