Məzmuna keç

Məktəbin tavanı uçub, 7 şagird yaralanıb

Türkiyənin Samsun şəhərində orta məktəbin tavanı çöküb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Samsunun Canik rayonunda baş verib. Hadisə nəticəsində 7 şagird yüngül xəsarət alıb.

Məktəbə dərhal təcili tibbi yardım qrupu göndərilib. Xəsarət alan şagirdlər şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Onların səhhətinin yaxşı olduğu bildirilib.

Məktəb direktoru və müəllimlər hadisə ilə bağlı sinifdə olan şagirdlərin ailələrinə məlumat veriblər.

Şəbnəm Mehdizadə