Məzmuna keç

Ədirnədə 1209 qanunsuz miqrant saxlanılıb

Ötən ay Türkiyənin Ədirnə şəhərində 1209 qanunsuz miqrant yaxalanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ədirnə valiliyi məlumat yayıb.

Məlumata görə, Jandarma Komandanlığı tərəfindən qanunsuz miqrasiyanın qarşısını almaq məqsədilə keçirilən əməliyyatlar zamanı şəhərin mərkəzi və rayonlarında 1209 qeyri-qanuni miqrant saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Miqrant qaçaqmalçılığı iddiaları ilə saxlanılan 35 şübhəlidən 22-si həbs edilib.

Şəbnəm Mehdizadə