Məzmuna keç

Xaçmazda 2 nəfər bıçaqlandı

Xaçmaz şəhəri, Bakı prospektində bıçaqlanma faktı baş verib.

E-huquq.az xəbər verir ki, Xaçmaz sakinləri – 30 yaşlı Tural Bünyadov və 31 yaşlı Hacıağa Əzizov mübahisə zəminində bıçaqlanıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.

Daxili işlər Nazirliyinin mətbuat xidmətinin şimal regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 26 yaşlı Fərid Mirişov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.