Məzmuna keç

Çində zəlzələ nəticəsində 8 nəfər öldü

Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 8 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Pekin vaxtı ilə gecə yarısı (Bakı vaxtı ilə 20:00) maqnitudası 6,2 olan yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşir.