Türkiyənin Muğla şəhərində qanunsuz yollarla xaricə getməyə çalışan miqrantlar saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məluat yayıb.
Belə ki, Muğlanın Bodrum sahillərində içərisində 28 qanunsuz miqrantın olduğu rezin qayıq Komandanlığın əməkdaşları tərəfindən saxlanılıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
