Məzmuna keç

Türkiyədə fabrikdə yanğın olub, 8 nəfər xəsarət alıb

Türkiyənin Kocaeli şəhərində fabrikdə yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kocaelinin Kartepe rayonunda təkər fabrikində baş verən yanğında 8 işçi tüstüdən zəhərlənib.

Hadisə yerinə dərhal çoxlu sayda yanğınsöndürənlər cəlb edilib.

Zərərçəkmiş işçilər təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.

Yanğın nəticəsində fabrikin bəzi hissələri də zədələnib.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Şəbnəm Mehdizadə