Türkiyənin Ədirnə şəhərindən Yunanıstana qaçmaq istəyən 9 terrorçu həbs edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ədirnə valiliyi məlumat yayıb. Sərhəddən Yunanıstana qaçmağa cəhd edən 10 şübhəli şəxs jandarma qrupları tərəfindən yaxalanıb.
Şübhəlilərdən 9-nun FETÖ-yə, 1-nin isə PKK-ya üzv olmaqdan axtarışda olduğu müəyyən edilib.
Onlardan 9-u həbs olunub. Bir nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Şəbnəm Mehdizadə
