Banqladeşdə naməlum şəxslər tərəfindən qatarın 3 vaqonu yandırılıb.
E-huquq.az xarici məttbuata istinadən xəbər verir ki, paytaxt Dəkkədə baş verən yanğında biri uşaq olmaqla 4 nəfər ölüb.
Banqladeşin dəmir yolları naziri Nurul İslam Sucan hadisə zamanı çox sayda insanın yaralandığını və hadisə yerinə 3 yanğınsöndürmə briqadasının göndərildiyini bildirib. O, yanğının nəzarət altına alındığı və alov alan vaqonların yararsız hala düşdüyünü söyləyib.
Şəbnəm Mehdizadə
