Türkiyənin İstanbul şəhərində mebel sexində yanğın zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Esenler rayonunda binanın birinci mərtəbəsində yerləşən sexdə başlayan yanğın qısa müddətdə böyüyərək yuxarı mərtəbələrdəki evlərə keçib.
Hadisə yerinə dərhal çoxlu sayda yanğınsöndürən, polis və təcili tibbi yardım qrupları göndərilib.
Binada yaşayan vətəndaşlardan 5-i yanğınsöndürənlər tərəfindən xilas edilib. Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Binada yaşayan bir nəfərin həyatını isə xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Yanğının səbəbi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
