Filippinin cənubunda Kabayan tropik qasırğasına görə 86 mindən çox insan evini tərk edib.
E-huquq.az “Inquirer News”a istinadən xəbər verir ki, bu barədə Filippinin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası açıqlama verib.
Açıqlamada Kabayan tropik qasırğasından əvvəl 22 mindən çox insanın təxliyə edildiyi qeyd olunub. Bölgədə 86 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.
Rəsmilər seldə itkin düşən 35 yaşlı kişinin hələ də tapılmadığını bildirib.
Filippin Meteorologiya Bürosundan verilən açıqlamada, fırtınadan sonra güclü yağışların başladığı qeyd olunub.
Şəbnəm Mehdizadə
