Türkiyənin Diyarbəkir şəhərində inşaat işçilərini daşıyan mikroavtobusun idarəetmədən çıxaraq tarlaya uçması nəticəsində 15 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə isyinadən xəbər verir ki, qəza axşam saatlarında Diyarbəkir-Şanlıurfa yolunun 12-ci kilometrliyində baş verib.
Hadisə yerinə təcili tibbi yardım briqadası və xilasedicilər cəlb edilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Qəza ilə bağlı araşdırma başlanılıb.
Şəbnəm Mehdizadə
