Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələrindəki strukturuna qarşı keçirilən əməliyyatda saxlanılan 10 şübhəli şəxsdən 5-i həbs edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən 4-ü həqiqi hərbi xidmətdə olan, 2-si keçmiş əsgər və 6-sı keçmiş hərbi məktəb tələbəsi olan 10 nəfərin istintaqı tamamlanıb.
Əməlini etiraf edən şübhəlilərdən biri sərbəst buraxılıb.
İşi məhkəməyə göndərilən 9 nəfərdən 5-i həbs edilib, 4-ü isə məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Barəsin həbs qərarı çıxarılan 2 şübhəlinin xaricdə olduğu müəyyən edilib.
Şəbnəm Mehdizadə
