Məzmuna keç

Ərdoğan Vuçiçlə regional məsələləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiçlə telefonla danışıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan serbiyalı siyasətçini seçkilərdəki qələbə ilə əlaqədar təbrik edib. Telefon danışığında Türkiyə – Serbiya münasibətləri, qlobal və regional məsələlər müzakirə olunub.

“Prezident Ərdoğan yeni dövrdə də iki ölkə arasındakı güclü münasibətlərin və əməkdaşlığın inkişaf edərək davam edəcəyini söyləyib”, – məlumatda qeyd olunub.