Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirilən hava əməliyyatı ilə bağlı məlumat yayıb.
E-huquq.az xəbər verir ki, nazirlik ölkə daxilində və sərhəddən kənarda terrorla mübarizənin qətiyyətlə davam etdiyini bildirib.
Məlumata görə, İraqın şimalındakı Gara, Hakurk və Qəndil bölgələrində terrorçuların hədəflərinə qarşı həyata keçirilən hava əməliyyatında 14 hədəf məhv edilib.
"Bu əməliyyatlar zamanı günahsız mülki şəxslərə, tarixi-mədəni sərvətlərə və ətraf mühitə zərər vurulmaması üçün bütün tədbirlər görülüb", – deyə nazirliyin açıqlamasında qeyd olunub.
Şəbnəm Mehdizadə
